AZ

Mərkəzi Banka məxsus əmlaklar satışa çıxarılır

25 fevral tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının balansında olan daşınmaz əmlaklar açıq hərraca çıxarılacaq.

Hərraca ümumilikdə 10 torpaq sahəsi təqdim olunacaq.

KONKRET.az valyuta.az-a istinadən xəbər verir ki, əmlaklar müxtəlif bölgələrdə – Oğuz, Neftçala və Xaçmaz rayonlarında yerləşir.

Ən böyük sahə Neftçala rayonunun Astanlı kəndindəki 56 hektarlıq torpaq sahəsidir. Onun start qiyməti 481 600 manat, beh məbləği isə 24 080 manat təşkil edir.

Ən yüksək start qiyməti Oğuz rayonunun Muxas kəndində yerləşən 18,3169 hektar sahəsi olan torpaq üçün müəyyən edilib – 2 688 237,32 manat. Həmin əmlak üzrə 5% beh məbləği 134 411,86 manatdır.

Digər torpaq sahələrinin sahələri 0,7 hektardan 62,6 hektaradək dəyişir. Start qiymətləri isə müvafiq olaraq 106 640 manatdan 923 520 manatadək müəyyən olunub.

Seçilən
24
2
konkret.az

3Mənbələr