Aktual.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
"Əminəm ki, bu, Zelenskinin hiyləgər oyunudur. Əslində, Zelenski çoxdan Ukrayna qüvvələrini Donbasdan çıxarmağa hazır idi. Amma o, bunu elan etmir. Çünki o, Ukrayna qüvvələrinin Donbasdan çıxarılmasını ya Trampın ona Ukrayna prezidenti olaraq qalmasına icazə verməsi, ya seçkiləri uzun müddət təxirə salmaq, ya da seçkiləri öz xeyrinə saxtalaşdırmaq müqabilində etmək istəyir. Zelenski üçün ən vacib məsələ budur, Donbas yox”, - Markov bildirib.