Bakı, 23 yanvar, AZƏRTAC
Misli Premyer Liqasında 2026-cı ilin ilk görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, XVII turun açılış matçında "Araz-Naxçıvan" Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli"nin qonağı olub. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Naxçıvan klubu turnir cədvəlində 27 xalla 5-ci, 18 xala malik "İmişli" isə 9-cu yerdədir.