AZ

ABŞ Rusiyanın nə qədər vəsaitinə "əl qoyub"?

ABŞ administrasiyası Rusiyanın 5 milyard dollaradək aktivini dondurub.

"Cebheinfo.az" xəbər verir ki, bu rəqəmi Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

ABŞ-da dondurulmuş vəsaitlərə gəldikdə, dəqiq məbləği açıqlamayacağam, amma deyəcəyəm ki, bu, 5 milyard dollardan bir qədər azdır", - deyə Peskov brifinqdə bildirib.

Peskov xatırladıb ki, “ABŞ administrasiyası tərəfindən qeyri-qanuni şəkildə dondurulan aktivlərdən 1 milyard dolların “Sülh Şurası”na ayrılması barədə qərar, bu vəsaitin “Sülh Şurası” vasitəsilə Fələstində fələstinlilər üçün humanitar məqsədlərlə xərclənməsi üçün qəbul edilib".

Sözçü əlavə edib ki, bu məsələ dünən Rusiya Prezidenti Vladimir Putin və Fələstin lideri Mahmud Abbas arasında keçirilən görüşdə də gündəmə gəlib.

Seçilən
100
cebheinfo.az

1Mənbələr