AZ

Ançelotti Braziliya millisi ilə müqaviləsini uzadır


Braziliya Futbol Konfederasiyası və Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti müqaviləni 2030-cu il Dünya Kubokuna qədər uzatmaq barədə şifahi razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, fevralın ilk həftələrində italiyalı məşqçi ilə yeni müqavilənin imzalanması gözlənilir.
Nəşrin yazdığına görə, onun işinə davam etməsi ilə bağlı müzakirələr oktyabr ayında başlayıb və ilin sonuna qədər davam edib. Bundan sonra Ançelotti Braziliya Futbol Konfederasiyası tərəfindən müəyyən edilmiş şərtləri təsdiqləyib.
Təcrübəli mütəxəssis artıq milli komanda məşqçiləri arasında dünyada ən yüksək maaş - təxminən 10 milyon avro alır.
Seçilən
42
yeniavaz.com

1Mənbələr