AZ

Azərbaycan qlobal təhlükəsizliklə bağlı qərarların qəbulunda səsvermə hüququna malik söz sahibidir – Kamal Cəfərov

Bakı. Trend:

30 il ərzində Avropa təsisatları və beynəlxalq təşkilatlar biziinandırmağa çalışırdılar ki, guya mücərrəd “dəyərlər” real millimaraqlardan üstündür.

Trend xəbərverir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin üzvü Kamal Cəfərov sosial şəbəkə hesabında yazıb.

“Vaxtilə bizə “yumşaq güc”dən mühazirə oxuyan, tərəfdaşlarınıuydurma “dəyərlər” prinsipi əsasında seçdiyini bəyan edən Avropaliderləri, bu gün Hindistanla və yaxud dünənədək özlərinə rəqib,hətta təhlükə hesab etdikləri Çinlə strateji iqtisadi əməkdaşlıqsənədləri imzalayırlar”, - deyə o bildirib.

Millət vəkili vurğulayıb ki, Avropa Komissiyasının rəhbərliyininHindistanla tələsik imzaladığı genişmiqyaslı saziş Avropaİttifaqının müştəri axtaran bir təchizatçıya çevrildiyinin acıetirafıdır:

“İllərdir bizə qarşı əsassız ittihamlar irəli sürən KanadanınÇinlə imzaladığı “Prinsipial Razılaşma” və Çin istehsalı olanelektromobillərə tətbiq edilən gömrük rüsumlarını 100 faizdən 6.1faizə endirməsi son onilliyin ən böyük geosiyasi kurs dəyişikliyiolmaqla yanaşı, Qərb siyasi elitasının prinsipsizliyini nümayişetdirir. Həyasızcasına və ədalətsizcəsinə daim Azərbaycana təzyiqgöstərməyə cəhd edən bəzi Avropa lideləri bu gün Davos Forumunundəhlizlərində məsxərə obyektinə çevriliblər. İndi bəzi Avropadövlətləri təlaş içində silahlanmadan, hərbi sənayeyə milyardlarayırmaqdan danışırlar. Onlar hələ indi dərk ediblər ki,təhlükəsizliyi gözəl sözlərlə, kağız üzərindəki bəyanatlarla təminetmək mümkün deyil”.

Deputat bildirib ki, bu gün ABŞ, Çin, Rusiya və Avropaİttifaqının bir-biri ilə kəskin rəqabət apardığı bir vaxtdaPrezident İlham Əliyevin vaxtında verdiyi soyuqqanlı və stratejiaddımlar Azərbaycanı Avropanın enerji təhlükəsizliyi və sağ qalmasıüçün qarant dövlətə çevirdi:

“Bizə qarşı aparılan Azərbaycanofobiya və qarayaxmakampaniyalarını düzgün qiymətləndirərək Azərbaycan üçün emosional“sevilən dövlət” obrazını deyil, praqmatik “əvəzolunmaz tərəfdaş”statusunu hədəfləyən Prezident İlham Əliyev məqsədinə tam nailoldu”.

K.Cəfərovun fikrincə, bu gün Azərbaycan nadir ölkələrdəndir ki,həm ABŞ ilə, həm Vaşinqtonla ciddi qarşıdurmada olan Çinlə, həmÇinlə rəqabət aparan Avropa İttifaqı ilə, o cümlədən qardaş Türkiyəvə qonşu Rusiya ilə strateji əməkdaşlıq əlaqələrinə malikdir:

“Adətən qlobal nəhənglər toqquşanda kiçik dövlətlər əzilir.Lakin Prezident İlham Əliyev bu düsturu tərsinə çevirdi. Bakı özsuverenliyini kağız parçasına çevrilmiş beynəlxalq sənədlərlədeyil, dəyişdirilməsi mümkün olmayan reallıqlarla – daxilisabitlik, iqtisadi müstəqillik və güc, boru kəmərləri, logistikamərkəzləri və “Yaşıl Enerji” kabelləri ilə təmin etdi. İndi böyükgüclər bizim müstəqil seçimlərimizə və əməkdaşlıq formatımızahörmətlə yanaşmaq məcburiyyətindədirlər”.

Komitə üzvü əlavə edib ki, Davos sammitinin ən mühümhadisələrindən biri, şübhəsiz ki, yeni qlobal təhlükəsizlikmexanizmi olan “Sülh Şurası”nın (Board of Peace) təsis edilməsidir.Azərbaycanın bu qurumun Nizamnaməsini təsisçi üzv dövlət kimiimzalaması tarixi hadisədir.

“BMT, Avropa Şurası və digər köhnəlmiş təsisatlar sistemiAzərbaycan kimi müstəqil siyasət yürüdən dövlətləri “normative”təzyiqlərlə, əsassız qətnamələrlə məhdudlaşdırmaq üçün alətəçevrilmişdi. Yeni “Sülh Şurası” isə bizim diplomatik zəfərimizdir.Burada iki vacib məqam var. Birincisi, Azərbaycan artıq qlobaltəhlükəsizliklə bağlı qərarların qəbulunda səsvermə hüququna maliksöz sahibidir. İkincisi isə, Sülh Şurası Azərbaycanın “EffektivSuverenlik” modelini – yəni mücərrəd liberal şüarları deyil, realsabitliyi, iqtisadi müstəqilliyi və milli dövlətçiliyi üstün tutaninkişaf modelini beynəlxalq səviyyədə legitimləşdirdi.

Bu gün Orta Dəhlizin açar dövləti olan Azərbaycan yeni SülhŞurasının fəaliyyəti və logistikası üçün həyati əhəmiyyət kəsbedir. Bu yeni platforma müasir dövrün daha konkret və amansızcasınaeffektiv bir mexanizmidir və Azərbaycan burada öz layiqli yerinitutub”, - deyə o fikrini yekunlaşdırıb.

Seçilən
107
az.trend.az

1Mənbələr