Bakı.Trend:
“Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının qərarı ilə FuadMəmmədli bankın İdarə Heyəti sədrinin müavini və Baş Maliyyəİnzibatçısı (CFO) vəzifəsinə təyin edilib.
Fuad Məmmədli maliyyə sahəsində 13 ildən artıq peşəkar təcrübəyəmalikdir. Karyerası ərzində “Dəmirbank”, “Ziraat Bank Azərbaycan”,“Unibank” və “Expressbank”da Maliyyə direktoru, Baş Maliyyəİnzibatçısı və İdarə Heyətinin üzvü kimi rəhbər vəzifələrdəçalışıb, maliyyə menecmenti və strateji planlaşdırma sahəsindəzəngin təcrübə toplayıb.
O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlətİdarəçilik Akademiyasında Menecment ixtisası üzrə bakalavr,Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrəmagistr dərəcəsi alıb.
Fuad Məmmədli Azər Türk Bankın maliyyə blokunun idarə edilməsi,strateji hədəflərin icrası və maliyyə dayanıqlığının təminedilməsində məsul olacaq.