Xərçəng xəstəliyi ilə mübarizə aparan jurnalist Gülşən Şərifinin müalicə xərcləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri cənab Zaur Mikayılov tərəfindən qarşılanıb.
"Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə edilən kütləvi dəstək çağırışlarını görən Zaur Mikayılov şəxsi təşəbbüsü ilə bu xeyirxah addımı ataraq gənc jurnalistin müalicə xərclərini öz üzərinə götürüb.
Media ictimaiyyəti və Gülşən Şərifinin yaxınları göstərilən diqqət və humanist mövqeyə görə cənab Zaur Mikayılova təşəkkür ediblər.
Qeyd edək ki, Gülşən Şərifini qarşıda 9 seanslıq ağır müalicə prosesi və ciddi cərrahi əməliyyat gözləyir.
Telegram kanalımız