AZ

Orxan Nəzərli onları işdən çıxardı

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində kadr dəyişikliyi olub.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə xidmət rəisi Orxan Nəzərli əmrlər imzalayıb. Rəisin əmri ilə xidmətin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanov tutduğu vəzifədən azad edilib. Baş idarənin rəisi vəzifəsinin icrası rəis müavini Müzəffər Mikayılova həvalə olunub.

Xidmət rəisinin digər əmri ilə Baş İdarənin Təhlil şöbəsinin rəisi Fərid Hacıyev də vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
6
globalinfo.az

10Mənbələr