AZ

Mərkəzi Bank 6,5 milyon manatlıq əmlakını hərraca çıxarır

Azərbaycan Mərkəzi Bankının (AMB) balansında olan əmlaklar hərraca çıxarılır.

 

Pravda.az-ın Oxu.Az-a istinadən məlumatına görə, əmlaklar arasında ən baha olanı 2 milyon 688 min 237 manat dəyərindəki Oğuz rayonu, Muxas kəndində yerləşən 18.3169 hektarlıq torpaq sahəsidir.

 

Hərraca çıxarılan digər əmlaklar isə aşağıdakılardır:

 

- Oğuz rayonu, Muxas kəndində dəyəri 146 min 762 manat olan bir hektar torpaq sahəsi;

 

- Neftçala rayonu, Astanlı kəndində dəyəri 481 min 600 manat olan 56 hektar torpaq sahəsi;

 

- Neftçala rayonu, Aşağı Surra kəndində dəyəri 430 min manat olan 50 hektar torpaq sahəsi;

 

- Neftçala rayonu, Yeniqışlaq kəndində dəyəri 106 640 manat olan 12.4 hektar torpaq sahəsi;

 

- Neftçala rayonu, Yeniqışlaq kəndində 430 min manat dəyərində 50 hektar torpaq sahəsi;

 

- Neftçala rayonu, Yeniqışlaq kəndində 538 min 360 manat dəyərində 62.60 hektar torpaq sahəsi;

 

- Xaçmaz rayonu, Aşağıoba kəndində 273 min manat dəyərində 0.70 hektar torpaq sahəsi;

 

- Xaçmaz rayonu, Aşağıoba kəndində 546 min manat dəyərində 1.4 hektar torpaq sahəsi;

 

- Xaçmaz rayonu, Aslanoba kəndində 923 min 520 manat dəyərində 2.368 hektar torpaq sahəsi.

 

Hərraca çıxarılan əmlakların ümumi dəyəri 6 milyon 564 min manat olaraq qiymətləndirilir.

Tarix: 23 Yanvar 2026, 17:47   
Seçilən
24
pravda.az

1Mənbələr