AZ

İlqar Mahmudov Dağlı kəndində səyyar vətəndaş qəbulu keçirib – FOTOLAR

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Dağlı kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda rayon prokuroru, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Dağlı kəndində 44 günlük Vətən Müharibəsi şəhidi Yaşar Xudayevin bulaq-xatirə kompleksi, kəndin girişində və Dağlı kənd tam orta məktəbində yaradılmış Şəhid xatirə guşələrinin qarşısına gül dəstələrı düzüb.
  
Seçilən
14
7times.az

1Mənbələr