AZ

“Bakı–Xankəndi” velosiped yarışına qatılacaq ölkələrin sayı 19-a çatdı

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışına qatılacaq komandaların sayı artıb.

Fanat.Az Azərbaycan Velosiped İdmanı Federasiyasına istinadən xəbər verir ki, iştirakçılar sırasına Əlcəzairin “Madar Pro” kontinental komandası əlavə olunub.

Bununla da turnirdə çıxış edəcək komandaların sayı 19 ölkədən 1 Dünya Turu, 7 Pro-Tur, 14 kontinental komanda və Azərbaycan yığması olmaqla, 23-ə yüksəlib.

Qeyd edək ki, yarış mayın 10-14-də təşkil olunacaq.

Seçilən
22
fanat.az

1Mənbələr