Müvafiq müayinələrdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent 23.01.2026-cı il tarixində sağlam şəkildə evə buraxılıb.
Xatırladaq ki, Yeni Klinikada robotik cərrahi əməliyyatların icrasına başlanılıb. İlk dəfə 22.01.2026-cı il tarixində 2003-cü il təvəllüdlü pasiyent üzərində icra olunan robotik xolesistektomiya (öd kisəsinin cərrahi yolla çıxarılması) əməliyyatı uğurla başa çatıb.
Məlumat üçün bildirək ki, bu cür cərrahi əməliyyatlarda konsol cərrahı birbaşa xəstəyə toxunmur, bütün müdaxilələr robot sistemi üzərindən həyata keçirilir. O, 3D və 12 qat böyütməklə yüksək dəqiqlikli görüntü sistemi altında çalışaraq əməliyyat sahəsini ətraflı şəkildə izləyir. Robot qollarının bütün hərəkətlərini — kəsmə, tikiş, disseksiya və digər cərrahi manipulyasiyaları — joystiklər vasitəsilə dəqiqliklə icra edir.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta