AZ

Bu halda təhsil tələbə kreditinin ödənişindən azad ediləcəksiniz

Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Yaxşı akademik göstəricilərə malik tələbələr üçün təhsil-tələbə kreditlərində güzəştlərin tətbiqi mümkündür”.

Bu fikiri təhsil eksperti Elçin Əfəndi KONKRET.az-a açıqlamasında səsləndirib.

Ekspertin sözlərinə görə, mövcud qərarlara əsasən, akademik göstəriciləri yüksək olan tələbələr təhsil tələbə kreditinin ödənişindən tam və ya qismən azad edilə bilərlər. O, qeyd edib ki, tələbələr kreditdən yararlanarkən xüsusilə imtahan sessiyalarına qədər olan dövrdə akademik nəticələrini yüksək səviyyədə saxlamalıdırlar.

“Elə tələbələr var ki, akademik göstəriciləri yüksək olduğu üçün təhsil tələbə kreditini ümumiyyətlə ödəməkdən azad olunurlar. Bu baxımdan kredit götürən hər bir tələbə çalışmalıdır ki, təhsil göstəriciləri yaxşı olsun və mövcud güzəştlərdən yararlana bilsin”, – deyə Elçin Əfəndi vurğulayıb.

Təhsil eksperti əlavə edib ki, hazırda verilən təhsil tələbə kreditləri olduqca aşağı faizlərlə təqdim olunur və ali təhsil müəssisəsini bitirdikdən sonra kreditin geri ödənişinə 2 illik möhlət verilir.

Onun fikrincə, bu mexanizm maddi imkanları məhdud olan şəxslər üçün mühüm və müsbət addımdır:

“Təhsil tələbə kreditlərinin tətbiqindən sonra bir çox gənc təhsil almaq arzusunu reallaşdıra bilib. Burada əsas məsuliyyət tələbələrin üzərinə düşür – akademik göstəricilərini yüksək saxlamalıdırlar ki, güzəştlərdən faydalana bilsinlər”.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
3
konkret.az

4Mənbələr