AZ

TƏCİLİ! ABŞ İranı BU TARİXDƏ vuracaq – Hazırlıqlar TAMAMLANDI

ABŞ Yaxın Şərqə böyük zərbə qüvvələri toplayıb.

Məlumatı ABŞ Prezidenti Donald Tramp təyyarəsində jurnalistlərə Yaxın Şərqdəki vəziyyətlə bağlı şərh verərkən açıqlayıb.

Tramp vurğulayıb ki, ABŞ vəziyyəti nəzarətdə saxlamaq və ölkənin maraqlarını qorumaq üçün bölgədə əhəmiyyətli hərbi resurslar cəmləşdirib, eyni zamanda birbaşa münaqişədən qaçmağa üstünlük verib: “Bizim bu istiqamətdə böyük bir donanmamız var və nə olacağını görəcəyik. İrana doğru hərəkət edən böyük qüvvələrimiz var”.

Onun sözlərinə görə, qüvvələrin cəmləşdirilməsi profilaktik xarakter daşıyır və İrandan potensial təhdidlərin qarşısını almağa yönəlib.

ABŞ-nin bu addımı regional təhlükəsizlik və İranla qarşılıqlı münasibətlər baxımından hansı risk və imkanları yaradır, eyni zamanda bu qüvvələrin cəmləşdirilməsinin münaqişənin qarşısını alma və ya gərginliyi artırma ehtimalı var?

ABŞ-nin bu günlərdə İrana zərbə endirməsi nə dərəcədə real görünür?

NOCOMMENT.az-ın sullarını cavablandıran politoloq Telman Sadıqov qeyd edib ki, etiraz aksiyalarının baş verdiyi günlərdə ABŞ İrana zərbə endirməkdən çəkinmişdi: “Həmin mərhələdə Vaşinqton üçün Venesuela problemi artıq həll olunmuş sayılırdı, Kuba və Kolumbiya məsələləri isə növbəti mərhələyə saxlanılmışdı. Bu arada ABŞ qoşunları İran ətrafında hərbi konsentrasiyanı formalaşdırmağa başlamışdı. Xatırlayırsınızsa, hadisələrin gərginləşdiyi dövrdə ABŞ prezidenti Donald Tramp etirazçılara qarşı güc tətbiq olunacağı təqdirdə İrana sərt cavab veriləcəyini açıqlamışdı. Buna baxmayaraq, ölkə daxilində kütləvi qətllər törədildi. Bu hadisələrdən sonra Tramp yenidən bəyan etdi ki, baş verənlərə sakit yanaşa bilməz”.

Politoloqun sözlərinə görə, bu isə onu göstərir ki, ABŞ İranın hərbi və nüvə obyektlərinə, eləcə də molla rejiminin rəhbərliyinin yerləşdiyi ərazilərə zərbələr endirmək niyyətindədir: “Biz bunu 12 günlük müharibə şəraitində də gördük: ABŞ İranın nüvə obyektlərini hədəf alaraq bombardman həyata keçirdi. Artıq Donald Tramp verdiyi vədləri yerinə yetirmək üçün yaxın günlərdə İrana qarşı hərbi hücumlara başlaya bilər. İsrailin təkidli tələblərini də nəzərə alan ABŞ İran ətrafında zəruri zərbə qruplaşmasını formalaşdırdıqdan sonra bu və ya digər bəhanə altında ölkənin bəzi nüvə və hərbi obyektlərinə zərbələr endirəcək. Bu, sadəcə zaman məsələsidir. Yəqin ki, hava hücumundan müdafiə sistemləri və digər mühüm hərbi məsələlər tam həll olunduqdan sonra ABŞ təyyarələri İrana qarşı hücumlara başlayacaq”.

Seçilən
45
nocomment.az

1Mənbələr