Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bolqarıstan Konstitusiya Məhkəməsi bu gün Rumen Radevin könüllü istefasından sonra prezident səlahiyyətlərini vitse-prezident İliana Yotovaya rəsmən təhvil verib.Demokrat.az xəbər verir ki, bu barədə "Report" yerli "Novinite" nəşrinə istinadən xəbər verir.Məlumata görə, o, ölkə tarixində ilk qadın dövlət başçısıdır.Daha əvvəl Bolqarıstan Konstitusiya Məhkəməsi yekdilliklə Rumen Radevin istefasını qəbul etmişdi. Hakimlər təsdiq ediblər ki, prezident könüllü qərar verib və əlavə araşdırmalara ehtiyac yoxdur, çünki bu, impiçmentlə bağlı iş deyil.Rəsmi hakimiyyət dəyişikliyi bu gün baş verib. Yeni prezidentin təkrar and içməsinə ehtiyac yoxdur, çünki o, artıq 2021-ci ildə vitse-prezident kimi and içib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.