AZ

Sözlə yaşayan, efirlə tarix yazan Elşad Quliyev... VİDEO

Bakı, 23 yanvar, AZƏRTAC

Elşad Quliyev 1941-ci ilin yanvarında Cəlilabad rayonunda doğulub. Sözə və fikrə bağlılığı onu əvvəl filologiya ixtisasına, sonra isə böyük ekran və efir dünyasına aparır. 1983–1990-cı illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri kimi Azərbaycanın televiziya tarixində silinməz iz buraxır. Elşad Quliyev Azərbaycan SSR Əməkdar incəsənət xadimi, tarix elmləri namizədi, Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, həmçinin akademik Vavilov adına Beynəlxalq medala layiq görülüb. O, öz dövrünün yenilikçi bayrağını daşıyan görkəmli şəxsiyyət idi.

Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.

Seçilən
46
1
azertag.az

2Mənbələr