AZ

Tarixçilərin əlindəki sənədlər Qərbi Azərbaycan həqiqətlərini ortaya qoyur

Qərbi Azərbaycan TV-nin aparıcısı, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova Qərbi Azərbaycan tarixi ilə bağlı aparılan araşdırmaları təqdim edib.

QHT.az xəbər verir ki, professor bildirib ki, bu yolda tarixçilərin rolu böyükdür və onların arxiv materiallarına əsaslanan araşdırmaları həqiqətlərin ortaya çıxmasında əsas vasitədir.

"Mən bu yolda daha çox tarixçilərə güvənirəm. Tarixçilərin sözünü bizə kömək edən ən böyük vasitə hesab edirəm. Böyük qayıdışa hazırlıqda, bu məsələlərin tam ortasında olan və əsl hadisələrin qiymətini verən tarixçilərin rolu böyükdür. Cənab Prezidentin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində dediyi kimi, arxiv materiallarına əsaslanan iki böyük tarixçi alimi – tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov və həmin şöbənin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Həsənovu dəvət etmişik".

AMEA Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov bildirib:

"Cənab Prezident 2003-cü ildən bu günə qədər fəaliyyətində Qərbi Azərbaycan tarixi məsələlərinə həmişə diqqət ayırıb. Elmlər Akademiyasında 80 illik yubileyindəki çıxışında Azərbaycan dili və tarixi məsələləri, xüsusilə Qərbi Azərbaycan tarixi və xəritə məsələlərinə geniş yer verib. 2022-ci ilin dekabrında isə Qərbi Azərbaycan İcmasının proqramı çərçivəsində əsas vəzifələri arxiv materiallarına əsaslanaraq müəyyən etdi. Biz də 2023-cü ildə bu çağırışlara cavab olaraq Qərbi Azərbaycanın tarixi coğrafiyasının hazırlanmasını uğurla başa çatdırdıq."

Tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Həsənov əlavə edib:

"Mərhum ulu öndərin də vurğuladığı kimi, Azərbaycan tarixi məsələləri Prezidentimiz tərəfindən yaxşı bilinməkdədir. Onun çıxışlarında XX əsrin araşdırılması xüsusi olaraq önə çəkilir – soyqırımlar, deportasiyalar və əhalinin etnik təmizləməyə məruz qalması kimi faciələr. Arxivlərdən çıxarılan məlumatlar və xəritələr həmin hadisələrin dəqiq sənədlərini ortaya qoyur. Bu sənədlərə istinad olunmadan heç bir açıqlama kifayət etmir, çünki məlumatlar arxiv sənədlərində öz əksini tapıb. Bəzi arxivlərə çıxışımız məhduddur, amma əlçatan olan materiallardan istifadə edirik."

 

Pərvanə Fərhadqızı

Seçilən
16
qht.az

1Mənbələr