AZ

ABŞ-də 1000-dən çox reys ləğv edildi - SƏBƏB

ABŞ-də qar fırtınası səbəbindən 1000-dən çox reys ləğv edilib. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin bir çox bölgəsində müşahidə olunan qar fırtınası hava nəqliyyatına ciddi təsir göstərib. Şiddətini artıracağı proqnozlaşdırılan soyuq hava şəraiti ölkə miqyasında reyslərin ləğv edilməsinə səbəb olub.

"FlightAware"-in məlumatına görə, bu gün üçün nəzərdə tutulmuş 400-dən çox reys, sabah üçün isə 1325 reys ləğv edilib.

Ləğv edilmiş reyslərin əksəriyyətinin Texas ştatında yerləşən Dallas Fort Worth Beynəlxalq Hava Limanından olduğu bildirilib.

Seçilən
104
manset.az

1Mənbələr