Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyaya səfər edib.
News365.az xəbər verir ki, bu barədə Mette Frederiksen sosial media hesabında məlumat paylaşıb.
O, səfər çərçivəsində Nuuk şəhərində Qrenlandiyanın Baş naziri Yens-Frederik Nielsen ilə görüş keçirəcək.
"Qrenlandiyaya qayıtdığım üçün xoşbəxtəm. Birgə diplomatik səylərin hazırlanmasında sıx əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirəm”, - Frederiksen paylaşımında qeyd edib.