AZ

İranda bəhai fotojurnalist Artin Qəzənfəri saxlanılıb » AzadMedia.az


İranda bəhai icmasının üzvü olan fotojurnalist Artin Qəzənfəri yanvarın 19-da Tehrandakı şəxsi mənzilində saxlanılıb və naməlum istiqamətə aparılıb.
HRANA-nın yaydığı məlumata görə, saxlanılma zamanı onun evi və iş yeri axtarılıb, elektron cihazlar, kitablar, eləcə də peşəkar və şəxsi avadanlıqlar götürülüb. Hazırda Qəzənfəriyə qarşı irəli sürülən ittihamlar və saxlanıldığı yer barədə rəsmi məlumat yoxdur.
Qeyd olunur ki, Artin Qəzənfəri bundan əvvəl də fəaliyyəti ilə əlaqədar həbs cəzası çəkib. Hadisə son dövrlər İranda etiraz aksiyaları və kütləvi saxlanmalar fonunda baş verib.
Seçilən
100
1
azadmedia.az

2Mənbələr