AZ

Motosiklet və mopedlərin törətdiyi ağır qəzalarVİDEO

Maşın və motosiklet toqquşur... Zərbədən ikitəkərli nəqliyyat vasitəsinin sürücüsü təxminən iki metr sürüklənir.

Son vaxtlar moped və motosikletlərin iştirakı ilə baş verən ağır qəzalar diqqət çəkir. Sonuncu belə qəza srağagün paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Qezada 19 yaşlı gənc kuryer dünyasını dəyişib. Bütün qəzalarda moped sürücülərini ittiham etmək olmaz, ancaq avtomobil sürücüləri deyirlər ki, bir çox hallarda moped və motosiklet sürücüləri təhlükəli manevrlər edirlər:

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, ötən il motosiklet və moped sürücülərinin qayda pozuntusu səbəbindən ölüm və xəsarətlə nəticələnən 43 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

İdarədən bildirilib ki, təhlillər göstərir ki, bu cür qayda pozuntuları digər hərəkət iştirakçıları üçün də ciddi təhlükəyə çevrilir:

Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və moped sürücülərini təhlükəli manevrlərdən çəkinməyə, qaydalara riayət etməyə və yol şəraitini düzgün qiymətləndirməyə çağırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
6
xezerxeber.az

1Mənbələr