Bu gün keçmiş nazir, general-leytenant Mədət Quliyevlə həyat yoldaşı Zəhra Quliyevanın ayrıldıqları barədə məlumat yayılıb. İddialara görə, bir müddət əvvəl ayrılan Zəhra Quliyeva və Mədət Quliyevin birgə nikahdan doğulan övladları anaları ilə qalır, Mədət Quliyev isə onların maddi təminatını tam şəkildə qarşılayır.
Zəhra Quliyeva isə bu barədə şəxsi İnstaqram hesabında paylaşım edərək, ona şəxsi həyatı ilə bağlı sual verilməməsini xahiş edib.
Publika.az Savashmedia.az-a istinadla Mədət Quliyevlə Zəhra Quliyevanın birgə həyatı ilə bağlı bəzi maraqlı məqamları oxucuların diqqətinə çatdırır. Beləliklə...
Gəncədən Bakıya
Gəncədə doğulub böyüyən Zəhra 2007-ci ildə Bakıya oxumağa gəlib. Əvvəlcə Bakı Mədəni Maarif Texnikumunun Kulturologiya fakültəsinə daxil olub və oranı 2009-cu ildə fərqlənmə ilə bitirib. Elə həmin ildə də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinə daxil olub.