“Arsenal”ın futbolçusu Etan Nvaneri karyerasını Fransada davam etdirəcək.
İdmanxeber.az xəbər verir ki, London klubu 18 yaşlı hücumameyilli yarımmüdafiəçini mövsümün ikinci yarısı üçün “Marsel”ə icarəyə verib. Razılaşmada satınalma bəndi nəzərdə tutulmayıb.
“Arsenal”ın yetirməsi olan Nvaneri bu mövsüm “topçular”ın heyətində 12 rəsmi oyunda 1 qol vurub.