AZ

Sumqayıt ukraynalı futbolçunu icarəyə götürdü

Hurriyyet saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Sumqayıt" FK 2025/26 mövsümünün ikinci yarısı üçün növbəti futbolçu keçidini reallaşdırıb.

Oxu.Az kluba istinadən xəbər verir ki, komanda müqavilə ilə Ukraynanın "Polissya" klubuna məxsus olan Danilo Beskorovaynıyı mövsümün sonuna qədər icarəyə götürüb.

26 yaşlı mərkəz müdafiəçisi "Sumqayıt" FK-nın heyətində "33" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Danilo Beskorovaynıy karyerası ərzində "Polissya" ilə yanaşı Ukraynanın "Volın", "Krivbas", Litvanın "Atlantas", Slovakiyanın "Mixalovtse", "Dunayska Streda", Qazaxıstanın "Astana" klublarında çıxış edib. O, Ukraynanın U-20 millisində 9 oyun keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
10
hurriyyet.az

10Mənbələr