AZ

Putindən dünyaya mesaj – “Mənimsəməyə davam edəcəyik”

“Qlobal istiləşmə əvəzinə iqlimin soyuması baş verə bilər. Lakin Rusiya bundan asılı olmayaraq Arktika regionunun mənimsənilməsini davam etdirəcək”.

KONRKET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin deyib.

“Bu gün təkcə Arktika ölkələri deyil, digər dövlətlər də Arktikada baş verən proseslərə maraq göstərir. Bu mövzu bir tərəfdən maraqlı və əyləncəli görünsə də, digər yandan son dərəcə önəmlidir”, – Putin vurğulayıb.

Qeyd edək ki, ABŞ-da müşahidə olunan rekord soyuqlar fonunda prezident Donald Trump da qlobal istiləşmə mövzusunu istehzalı şəkildə şərh edib.

Seçilən
24
1
konkret.az

3Mənbələr