AZ

"Qarabağ"ın rəqibi bu iki nəhəng klub ola bilər

UEFA Çempionlar Liqasında hazırkı mövqeyinə görə, "Qarabağ"ın 1/16 finaldakı mümkün rəqibi açıqlanıb. Metbuat.az xəbər verir ki, "Qalatasaray" və ya "Qarabağ" klublarından biri "Yuventus" və ya "Borussiya Dortmund" klublarından biri ilə rəqib olacaq. Yəni ki, əgər Liqa mərhələsinin növbəti turunda da mövqelər dəyişməzsə, "Qarabağ" klubu ya "Yuventus", ya da "Borussiya Dortmund" ilə rəqib olacaq.Qeyd edək ki, "Qarabağ" 7 turdan sonra 10 xalla 18-ci pillədə qərarlaşıb. Azərbaycan çempionunun növbəti mərhələyə yüksəlmək şansı öz əlindədir. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv VIII turda İngiltərədə keçiriləcək "Liverpul"la qarşılaşmada xal qazansa, digər görüşlərin nəticəsindən asılı olmayaraq, pley-offa vəsiqəni təmin edəcək."Qarabağ" "Liverpul"a uduzsa belə, pley-off şansı yüksəkdir. Yalnız 9 kollektivin "köhlən atlar"a çatmaq ehtimalı var. Bunlar 19-cu sıradakı "Marsel" (Fransa, 9 xal), 20-ci yerdəki "Bayer 04" (Almaniya, 9 xal), 21-ci mövqedəki "Monako" (Fransa, 9 xal), 22-ci pillədəki PSV (Niderland, 8 xal), 23-cü olan "Atletik" (8 xal), 24-cü "Olimpiakos" (Yunanıstan, 8 xal), 25-ci "Napoli" (İtaliya, 8 xal), 26-cı "Kopenhagen" (Danimarka, 8 xal) və 27-ci "Brügge"dir (Belçika, 7 xal).28-ci sıradakı "Budyo Qlimt" (Norveç, 6 xal) və ondan aşağı pillələrdə yer alan digər klubların isə təmsilçimizə çatmaq şansı qalmayıb."Qarabağ" sonuncu turda məğlub olarsa, adıçəkilən 9 klubdan üçünün xal itirməsini gözləməlidir. Onlardan ən azı birinin xal itirəcəyi dəqiqdir. Çünki VIII turda "Marsel" Belçikada "Brügge"nin qonağı olacaq."Bayer 04" isə "Vilyarreal"ı (İspaniya) qəbul edəcək. 1 xalı olan qonaqlar artıq növbəti mərhələ şansını itirib."Monako" İtaliyanın "Yuventus" klubu ilə evdə qarşılaşacaq. "Qoca sinyora" 12 xalla 15-cidir və 1/8 finala vəsiqə uğrunda mübarizə aparır. Çünki Turin təmsilçisi 6–8-ci pillələri bölüşən rəqiblərdən cəmi 1 xal geri qalır. Nəzərə alaq ki, 7-ci pillədə qərarlaşan "Nyukasl" sonuncu turda 6-cı pillədə yer alan PSJ-nin qonağı olacaq. Hazırda hər iki kollektivin hesabında 13 xal var.PSV-ni də ağır sınaq gözləyir. Eyndhoven təmsilçisi 18 xalla turnir cədvəlinin ikinci pilləsində olan Almaniyanın "Bavariya" klubunu qəbul edəcək."Atletik" isə doğma azarkeşləri önündə Portuqaliyanın "Sportinq" kollektivi ilə üz-üzə gələcək. Lissabon təmsilçisi 13 xalla 10-cudur və onların da ilk "8-lik" şansları mövcuddur.

"Olimpiakos" turnirdəki son iki görüşdən qalib ayrılan Niderlandın "Ayaks" komandasını qəbul edəcək. 6 xalı olan Amsterdam təmsilçisi qalib gələrək ən azı bu rəqibini geridə qoymağa çalışacaq.

Seçilən
14
5
metbuat.az

6Mənbələr