AZ

DÇ-2026-nı rekord sayda azarkeş izləyəcək: İnfantino rəqəmləri açıqladı

FİFA prezidenti Canni İnfantino İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edib.

Publika.az xəbər verir ki, İnfantino 48 komandanın iştirak edəcəyi Dünya Kuboku üçün rekord rəqəmləri təqdim edib.

“Bu, dünyanın bütün komandalarının təxminən dörddə birini təşkil edən 48 komandanın iştirak etdiyi ilk Dünya Kuboku olacaq. Üç ölkədəki 16 möhtəşəm stadionda 104 oyun keçiriləcək. Stadionlarda təxminən 7 milyon tamaşaçı, dünya üzrə isə televiziya qarşısında təxminən 6 milyard insan olacaq. Oyunları izləyən amerikalılar üçün bu, bir ayda 104 Super Kubok izləmək kimidir.

Seçilən
139
publika.az

1Mənbələr