AZ

Bu gün həbs edilən təhsil eksperti Kamran Əsədovun söyüşlü paylaşımı üzə çıxdı - FOTO

Xəbər verdiyimiz kimi, bu gün təhsil eksperti Kamran Əsədov imtahanlara qanunsuz müdaxilə cəhdində ittiham olunaraq, məhkəmə zalında həbs edilib.

"Yeni Sabah" Bakupost.az-a istinadən xəbər verir ki, onun həbsinin ardınca sosial şəbəkələrdə Kamran Əsədovun heç də təhsil ekspertinə yaraşmayan tərzdə paylaşımlar etdiyi iddiası ilə "skrin-şot" yayılıb.

Skrin-şotda Kamran Əsədovun bir təhsil işçisinə və ziyalıya qətiyyən yaraşmayan tərzdə söyüşlərdən istifadə edərək, kimlərinsə ünvanına təhqirlər yağdırması əks olunub.

Skrin-şotu paylaşan ictimai fəal Vəli Quliyev Kamran Əsədov haqda “sən təhsil eksperti yox, təhsil alverçisi idin” sözlərini işlədib.


Telegram kanalımız
Seçilən
25
4
yenisabah.az

5Mənbələr