AZ

Tovuzda küçədə yaşayan ana və uşaqla bağlı açıqlama

Tovuz rayonunda ana və 11 yaşlı övladının küçə mühitində yaşaması ilə bağlı daxil olmuş məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülüb.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Komitəsindən bildirilib. Belə ki, aparılmış ilkin araşdırmalar və mövcud vəziyyətin qiymətləndirilməsi nəticəsində aidiyyəti qurumlarla birgə təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib.

Komitənin dəstəyi ilə Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən 11 yaşlı uşaq Rayon Mərkəzi Xəstəxanasına, ana isə ixtisaslaşmış tibbi yardımın göstərilməsi məqsədilə psixiatriya profilli tibb müəssisəsinə yerləşdirilib.

Seçilən
48
10
publika.az

10Mənbələr