AZ

"OpenAI" "ChatGPT"dən kənar fəaliyyətdən 1 milyarddan çox gəlir əldə edib

"OpenAI" süni intellekt bazarında təkcə "ChatGPT" ilə deyil, API biznesi hesabına da böyük gəlir əldə edir.

Hakimiyyet.az Valyuta.az-a istinadən xəbər verir ki, şirkətin baş icraçı direktoru Sam Altman bildirib ki, son bir ay ərzində "OpenAI"nin API fəaliyyəti illik təkrarlanan gəliri 1 milyard dollardan çox artırıb.

"OpenAI"nin API xidməti digər şirkət və tərtibatçılara süni intellekt modellərini öz məhsullarına inteqrasiya etməyə imkan verir. Bir çox startap bu modelləri əsas infrastruktur kimi istifadə edir.

Artan hesablama və data mərkəzi xərcləri fonunda "OpenAI" istehlakçı abunəliklərindən kənar yeni gəlir mənbələrinə yönəlir. Bu çərçivədə "ChatGPT"də reklamların test edilməsi və modellərin lisenziyalaşdırılması da gündəmdədir.

Seçilən
6
3
hakimiyyet.az

4Mənbələr