AZ

Qızılın qiyməti tarixi maksimumu yenilədi

Bakı. Trend:

Dünya əmtəə bazarlarında qızılın qiyməti rekord səviyyəyəyüksələrək 5 min dolları keçib.

Trend xəbər verir ki, COMEXbirjasında 2026-cı ilin aprel ayı üzrə kontraktlar çərçivəsindəqızılın bir trua unsiyası 5 017 dollara satılıb ki, bu da son sutkaərzində 67,6 dollar və ya 1,37 faiz artım deməkdir.

Eyni zamanda, spot bazarda qızılın qiyməti 4 987 dollarsəviyyəsində formalaşıb və 1,04 faiz yüksəlib.

Seçilən
42
3
az.trend.az

4Mənbələr