AZ

Paltaryuyan maşında pis qoxu və kifdən necə qurtulmalı? Az bilinən üç üsul

ain.az bildirir, Moderator.az portalına istinadən.

Paltaryuyan maşınlarda zamanla yaranan pis qoxu, kif və yağlı çöküntülər həm gigiyenaya, həm də cihazın ömrünə zərər vurur. Mütəxəssislər bu problemlərin qarşısını almaq üçün sadə, lakin effektiv üsullar tövsiyə edir.

Moderator.az xəbər verir ki, paltaryuyan maşını təmiz saxlamaq üçün bahalı vasitələrə ehtiyac yoxdur. Ev şəraitində tətbiq oluna bilən bu 3 üsul kif və qoxunu minimuma endirir.

1. Qabyuyan tableti ilə dərin təmizləmə

Barabana 1 ədəd qabyuyan tableti atın və maşını boş halda 60-90 dərəcəlik proqramda işə salın. Bu üsul barabanın içində yığılan yağlı kir və görünməyən qoxu mənbələrini effektiv şəkildə təmizləyir.

Mütəxəssislər bu prosedurun 2-3 ayda bir dəfə edilməsini tövsiyə edir.

2. Köhnə diş fırçası ilə gizli yerləri təmizləyin

Köhnə diş fırçasına bir az qab yuma mayesi əlavə edərək qapının rezin hissələrini, küncləri və çətin görünən yerləri fırçalayın.

Qeyd olunur ki, kifin təxminən 80 faizi məhz gözə görünməyən sahələrdə formalaşır.

3. Yuma bitəndən sonra qapını bağlamayın

Ən çox edilən səhvlərdən biri də yuma başa çatdıqdan sonra qapının dərhal bağlanmasıdır. Mütəxəssislər qapının azca açıq saxlanmasını tövsiyə edir. Bu, maşının içində nəm qalmasının qarşısını alır və nəticədə kif, pis qoxu və pasın yaranması azalır.

Bu sadə qaydalara əməl etməklə paltaryuyan maşının həm təmizliyini, həm də istismar müddətini uzatmaq mümkündür.

(milli.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
2
moderator.az

3Mənbələr