Qrenlandiya sazişi ABŞ-a heç bir ödəniş etmədən bütün məqsədlərinə çatmağa imkan verəcək.
“İki sahil” xəbər verir ki, Ağ Evin Aparat rəhbərinin müavini Stiven Miller bunu "Fox News" telekanalnın efirində bildirib.
"Qrenlandiya Amerikanın milli təhlükəsizliyi üçün vacibdir. Bu, qlobal təhlükəsizlik üçün vacibdir. İndi "sövdələşmələr bağlamaq sənəti"nin köməyi ilə (Trampın bestseller kitabı belə adlanır - red.) ABŞ-da istədikləri və ehtiyac duyduqları hər şey Qrenlandiyaya aiddir", - o deyib.