AZ

UNEC müəllimləri üçün təlim təşkil EDİB

UNEC müəllimləri üçün təlim təşkil edib. 

AzEdu.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov feysbuk hesabında paylaşım edib. 

Paylaşımı təqdim edirik:

"UNEC müəllimləri üçün təşkil edilən “Azərbaycan üçün Gələcəyin Tədqiqatçısı: Ali Təhsildə Süni İntellekt və Data Elminə Əsaslanan Bacarıqların İnkişafı Proqramlarının Dizaynı” layihəsi üzrə təlimlərin 5 gün davam edən birinci mərhələsi uğurla başa çatıb.

Təlimlər Türkiyənin Bolu Abant İzzet Baysal Universitetinin professoru Hasan Tutar, Sakarya Universitetinin professoru Ferruh Tuzcuoğlu və həmin universitetin dosenti Caner Erden tərəfindən keçirilib. Proqram çərçivəsində ali təhsildə süni intellekt və data elminə əsaslanan bacarıqların inkişafı, eləcə də müasir tədqiqat yönümlü yanaşmalar müzakirə olunub.

Uğurlar, UNEC!
Hər şey daha da yaxşı olacaq!"

Seçilən
4
azedu.az

1Mənbələr