AZ

Stiven Miller: Avropa özünü öldürür

ABŞ Prezidenti Donald Trampın Davosda keçirilən Dünya İqtisadi Forumunda Avropa ölkələrini tənqid etməsi, Avropanın yavaş-yavaş özünü öldürdüyü fikrinə əsaslanırdı.

“İki sahil” xəbər verir ki, Ağ Evin Aparat rəhbərinin müavini Stiven Miller bunu "Fox News" telekanalına müsahibəsində bildirib.

"Davosdakı çıxışı zamanı Avropaya qarşı səsləndirdiyi tənqid, Amerika Prezidentinin qitə ilə bağlı verdiyi ən vacib açıqlamalardan biri idi. Avropa yavaş-yavaş özünü öldürür, çünki enerji sektorunu qaydalarla boğur və işləməyən yaşıl enerjidən, digər ölkələrdən asılı vəziyyətə düşür.

Avropa məsuliyyətsiz miqrasiya siyasəti ilə özünü öldürür. Avropa illərdir öz silahlı qüvvələrinə investisiya qoymadığı və ABŞ-dan Avropanın müdafiəsini subsidiyalaşdırmaq üçün istifadə etdiyi üçün özünü öldürür", - o bildirib.

Seçilən
22
6
ikisahil.az

7Mənbələr