AZ

Dünya Bankı Xəzər dənizində biomüxtəlifliyin qorunması üzrə təşəbbüsün təsdiqlənəcəyi yeni tarixi açıqladı

Bakı. Trend:

Dünya Bankı “Xəzər dənizi ekosisteminin bərpası: çirklənməninidarə olunması və bioloji müxtəlifliyin qorunması sahəsindəpotensialın yaradılması” adlı genişmiqyaslı ekoloji təşəbbüsünmaliyyələşdirilməsinin təsdiqi üçün yeni tarix açıqlayıb.

Trend bu barədəbanka istinadən xəbər verir.

Azərbaycan və Mərkəzi Asiyadan iki ölkənin iştirak etdiyi layihəçirklənməyə qarşı mübarizə və Xəzər dənizində biomüxtəlifliyinmühafizəsində regional əməkdaşlığın məhkəmləndirilməsinəhədəflənib. Dünya bankının 25 mart 2026-cı ildə maliyyələşməpaketini təsdiqləyəcəyi gözlənilir, hərçənd müvafiq qərarın 25fevral 2025-ci ildə qəbul olunacağı nəzərdə tutulurdu.

Qeyd edək ki, Qlobal Ekoloji Fond (GEF) Dünya Bankına və BMT-ninƏtraf Mühit Proqramına (UNEP) GEF-in icraedici agentlikləriqismində 11,743 120 ABŞ dolları məbləğində qrant maliyyələşməsiayırır. Bu vəsait layihənin Azərbaycan, Qazaxıstan vəTürkmənistanda həyata keçirilməsinə yönəldilib. Dünya Bankı İdarəHeyətinin təsdiqinə 8,243.120 ABŞ dolları məbləğində layihə təqdimedəcək. Layihənin icraedici agentliyi qismində BMT-nin LayihələrəXidmət Ofisi (UNOPS) çıxış edəcək. Bundan əlavə, UNOPS müvafiqekoloji və sosial standartlar (ESF) alətlərinin hazırlanması və üçiştirakçı ölkə ilə qarşılıqlı fəaliyyətin qurulması məqsədilə 183489 ABŞ dolları məbləğində GEF-in hazırlıq qrantı (PPG) alacaq.

Layihənin məqsədi ölkələrə çirklənmənin idarə olunmasında vəbioloji müxtəlifliyin qorunması üzrə tədbirlərin gücləndirilməsindədəstək göstərməkdir. Bu, Azərbaycan, Qazaxıstan və Türkmənistanıninstitusional potensialının artırılması hesabına təmin ediləcək.Təşəbbüs dövlətlərin Tehran Konvensiyası və müvafiq protokollarüzrə öhdəliklərinin icrasına dair mövcud səylərini tamamlayır.

Layihə üç komponentdən ibarətdir:

-Çirklənmənin idarə olunmasının gücləndirilməsi – 3,900,000 ABŞdolları

- Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə olunmasınıngücləndirilməsi – 3,900,000 ABŞ dolları

-Layihənin idarə edilməsi – 443,120 ABŞ dolları

Məqalədə:
Seçilən
60
1
az.trend.az

2Mənbələr