AZ

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Qlobal fond bazarlarında əsas indekslər üzrə qarışıq dinamika qeydə alınıb.

APA-Economics” xəbər verir ki, yanvarın 23-də ABŞ-da Dow Jones indeksi 0,58% azalaraq 49 098,71 bəndə enib. S&P 500 indeksi 0,03% artaraq 6 915,61 bəndə, Nasdaq Composite 0,28% artımla 23 501,24 bənd olub, NYSE Composite isə 0,18% azalaraq 22 757,16 bənd səviyyəsində qərarlaşıb.

Avropada Euro Stoxx 50 indeksi 0,13% azalaraq 5 948,20 bənd, FTSE 100 0,07% enişlə 10 143,44 bənd olub. Almaniyanın DAX indeksi 0,18% artaraq 24 900,71 bəndə yüksəlib. Fransanın CAC 40 indeksi 0,07% azalaraq 8 143,05 bənd, İspaniyanın IBEX 35 indeksi isə 0,67% enişlə 17 544,40 bənd təşkil edib.

Asiya bazarlarında Nikkei 225 indeksi 0,29% artaraq 53 846,87 bəndə yüksəlib, Topix 0,37% artımla 3 629,70 bənd olub. Hang Seng indeksi 0,45% artaraq 26 749,51 bənd təşkil edib. Bununla yanaşı, Çinin CSI 300 indeksi 0,45% azalaraq 4 702,50 bəndə enib. S&P/ASX 200 0,13% artaraq 8 860,09 bənd, MSCI Asiya-Sakit okean indeksi isə 0,47% artımla 240,54 bənd olub.

Bazar iştirakçıları ABŞ iqtisadi göstəriciləri və aparıcı mərkəzi bankların pul siyasəti ilə bağlı gözləntiləri diqqətlə izləməyə davam edir.

Seçilən
26
1
apa.az

2Mənbələr