AZ

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ administrasiyası etirazçıların öldürülməsini səbəb göstərərək, İranla əlaqəli bir neçə gəmi və şirkəti sanksiya siyahısına əlavə etdiyini açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ Dövlət Departamenti yazılı açıqlamasında bildirib ki, bu addım Tehran rejiminin etirazçıları yatırmaq üçün istifadə etdiyi maliyyə mənbələrini kəsmək məqsədi daşıyır.

Bəyanatda Hindistan, Oman və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi ölkələrdə yerləşən doqquz gəminin səkkiz əlaqəli şirkətlə birlikdə yüz milyonlarla dollar dəyərində İran nefti və neft məhsullarını xarici bazarlara daşıdığı bildirilir.

Bəyanatda bu gəmilərin və şirkətlərin sanksiya siyahısına əlavə edildiyi qeyd edilərək, ABŞ administrasiyasının etirazçıların öldürülməsi səbəbindən bu addımla Tehrana təzyiqi artırdığı bildirilib.

Seçilən
14
banco.az

1Mənbələr