Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.
Zaqatalada yaşayış evində yanğın olub.
"Unikal" xəbər verir ki, hadisə rayonun Yengiyan kəndində 1984-cü il təvəllüdlü Hilalova Elnarə Osman qızına məxsus fərdi yaşayış evində baş verib.
Yanğın yerinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 150 k/m olan fərdi yaşayış evinin 100 k/m hissəsi yanıb, evin qalan hissəsi isə yanğından mühafizə olunub.
Seymur Əli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.