AZ

20 Yanvar günü sükut zamanı söyüş söyən gənc HƏBS OLUNDU

Bakıda küçədə söyüş söyən gənc həbs olunub.

Hadisə yanvarın 20-də saat 12:00-da Səbail rayonu, Əhəd Yaqubov küçəsində baş verib.

25 yaşlı Tural Şükürov (ad və soyad şərtidir) küçədə ucadan ünvansız söyüşlər söyüb. Polis əməkdaşları ona irad bildirsələr də, o, əməlinə davam edib. Nəticədə Tural saxlanılaraq, şöbəyə aparılıb və barəsində törətdiyi əməllərə uyğun inzibati protokollar tərtib olunub.

T. Şükürov ifadəsində əməlindən peşman olduğunu bildirib.

Səbail rayon Məhkəməsinin qərarı ilə o, 30 gün müddətinə inzibati qaydada həbs olunub.

 

(lent.az)

Seçilən
17
1
moderator.az

2Mənbələr