AZ

Kriptobirjada son durum: "Bitcoin" nisbətən bahalaşıb

Son sutkada kriptovalyuta bazarında aparıcı aktivlər üzrə əsasən müsbət dinamika qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, “Bitcoin”in qiyməti sutka ərzində 0,15% artaraq 89 527 ABŞ dolları səviyyəsinə yüksəlib. Ethereum isə 0,55% bahalaşaraq 2 956 ABŞ dollarına çatıb. XRP-nin qiyməti 0,67%, BNB-nin qiyməti isə 0,25% artıb.

Stabil koinlərdən Tether (USDT) 0,03%, USDC isə dəyişməz səviyyədə qalıb. Bununla yanaşı, Solana 0,54%, TRON 3,77%, Dogecoin 0,67% ucuzlaşıb, “Cardano”nun qiyməti isə 0,04% azalıb.

Analitiklər qeyd edirlər ki, sutkalıq müsbət dinamikanı qısa müddətli texniki korreksiya, investorların aşağı qiymət səviyyələrində alışlara üstünlük verməsi və risk iştahının qismən bərpası ilə əlaqələndirirlər.

"Cebheinfo.az"

Seçilən
63
1
cebheinfo.az

2Mənbələr