AZ

"Qalatasaray" La Liqadan futbolçu transfer edir

Bakı. Trend:

"Qalatasaray" Noa Lanqdan sonra daha bir futbolçunun keçidiniyekunlaşdırmaq üzrədir.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romanoməlumat yayıb.

İstanbul nəhəngi Yaser Asprilyanı icarəyə götürmək üçün "Jirona"ilə razılıq əldə edib.

Müqavilədə müəyyən şərtlər daxilində işə düşəcək 23 milyonavroluq satınalma bəndi yer alacaq. Bu, oyun sayı ilə bağlıdır.Kolumbiyaa millisinin üzvü yaxın günlərdə Türkiyəyə gedib"Qalatasaray"la sözləşmə imzalayacaq.

Qeyd edək ki, "Jirona" Yaser Asprilyanı 2024-cü ilin yayında"Uotford"dan 18 milyon avroya transfer edib. 22 yaşlı vinger bumövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmimatçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
85
1
az.trend.az

4Mənbələr