Bakının Səbail rayonu ərazisində yerləşən “Passage 145” restoranında başqa müştərinin pulunu oğurlayan Ələzair vətəndaşı Boukhobza Abderrahmane məhkəmə qarşısına çıxarılıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü təqsirləndirilən şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, B.Abderrahmane “Passage 145” adlı restoranda olarkən, həmin vaxt nahar etməyə gələn müştərinin gödəkçəsinin iç cibində olan pul kisəsini oğurlayıb. Nəticədə o, zərərçəkmiş şəxsin 2500 manatını talayıb.