Qusarda gənc oğlan dəm qazından boğulub.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun İmamqulukənd kəndində qeydə alınıb.
21 yaşlı Fəzail Əbiyev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Gəncin həyatını xilas etmək mümkün olmayıb.