BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Özbəkistana tekstil ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azalaraq, 120 milyon 36 min 40 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin dekabr ayında Özbəkistana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artaraq, 9 milyon 306 min 42 dollara çatdırıb.
Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 9 milyard 408 milyon 630 min dollara bərabər olub.
“Keçən ilin dekabr ayında Türkiyə 782 milyon 187 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 0,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 9 milyard 408 milyon 630 min dollar məbləğində tekstil ixrac edib.