AZ

İndoneziyada torpaq sürüşməsi - Ölənlərin sayı artdı

İndoneziyanın Qərbi Yava əyalətində baş verən torpaq sürüşməsi zamanı ölənlərin sayı 10-a çatıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hazırda 89 nəfər itkin düşmüş sayılır.

***09:49

İndoneziyada baş verən torpaq sürüşməsi insan tələfatına səbəb olub.

BAKU.WS-in məlumatına görə, "Reuters" İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Yüngülləşdirilməsi üzrə Milli Agentliyinə istinadən xəbər yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində azı 7 nəfər həyatını itirib, 82 nəfər isə itkin düşüb. Hadisə Qərbi Yava əyalətinin Qərbi Bandunq rayonunda qeydə alınıb.

Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Seçilən
32
1
far.az

10Mənbələr