AZ

Qusarda 22 yaşlı gənc dəm qazından boğulub

Qusar, 24 yanvar, Elxan Yusifli, AZƏRTAC

Qusar sakini yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun İmanqulukənd sakini, 2004-cü il təvəllüdlü Nəbiyev Fəzail Fazil oğlunun meyiti ilkin tibbi ekspertizadan sonra aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
79
5
azertag.az

10Mənbələr