"Qalatasaray" "Barselona"nın gənc futbolçusu Mark Kasadonu transfer etmək istəyib.

Offsideplus.az xəbər verir ki, lakin 22 yaşlı yarımmüdafiəçi katalon klubunda qalmağa qərar verib.

Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Kasado 13 yaşından bəri "Barselona"nın üzvüdür. O, cari mövsüm 19 oyunda meydanda olub və 1 məhsuldar ötürmə edib.

Onun katalon klubu ilə 2028-ci ilin yayına qədər müqaviləsi var. "Transfermarkt" portalına görə, gənc yarımmüdafiəçinin bazar dəyəri 25 milyon avrodur.