Bakı. Trend:
Abşeron rayonunda silsilə oğurluq hadisələri baş verib. Naməlumşəxslər Xırdalan şəhərində bir, Masazır qəsəbəsində isə ikimağazanın qapısını sındıraraq içəri daxil olub və obyektlərdənümumilikdə 2300 manat pulu talayıblar.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərnəticəsində qabaqcadan əlbir olaraq oğurluqları törətməkdə şübhəlibilinən, əvvəllər dəfələrlə məhkum olunmuş A.Qurbanov, Ü.Şərifov vəS.Kərimov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların Gəncə şəhəri ərazisində yerləşənayrı-ayrı iki marketdən də nağd pul, tütün məmulatı və digərməhsulları taladıqları məlum olub.
Faktlar üzrə araşdırmalar davam etdirilir.